logo

Mədəniyyət Nazirliyi müsabiqə elan edib

15:15 19-07-2023 | icon 10962
Mədəniyyət Nazirliyi müsabiqə elan edib

Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib.

Nazirlikdən YeniAvropa-ya  verilən məlumata görə, müsabiqə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, vətənpərvərlik hissinin aşılanması, mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunur.

Müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir.

Müsabiqə qaliblərinin adları 2023-cü il sentyabrın 20-də elan olunacaq.

Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı 20 iyul – 4 sentyabr 2023-cü il tarixlərində onlayn şəkildə təqdim edə bilərlər.

Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.