logo

Güləşçilərimiz Macarıstanda reytinq turnirində mübarizəyə başlayır

11:55 15-07-2023 | icon 1421
Güləşçilərimiz Macarıstanda reytinq turnirində mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

YeniAvropa xəbər verir ki, turnirin üçüncü günündə - iyulun 15-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Azərbaycan millisinin üç üzvü – Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq) və Murad Məmmədov (63 kq) gücünü sınayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Maqomedxan Maqomedov turnirdə gümüş medal qazanıb.