logo

“Eurovision-2024” üçün Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır

20:30 14-07-2023 | icon 6160
“Eurovision-2024” üçün Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır

“Eurovision” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti(İTV) İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.

YeniAvropa xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

∙ göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;

∙ iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;

∙ Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;

∙ mahnı 2023-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin musiqi platformalarında yerləşdirilməməlidir.

Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.

Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində baş tutacaq.