logo

Murat Boz Bakıda konsert verəcək

11:11 08-07-2023 | icon 4977
Murat Boz Bakıda konsert verəcək

Avqustun 5-də “Dalğa Beach Aquapark Resort”da Türkiyənin sevilən müğənnisi Murat Boz konsert proqramı ilə çıxış edəcək.

YeniAvropa xəbər verir ki,ifaları ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

Qeyd edək ki, bir çox musiqi alətlərində də ifa edə bilən Murat Boz musiqi karyerası ilə yanaşı, filmlərdə rol alaraq aktyorluqla da diqqət çəkib. Onun layiq görüldüyü mükafatlar sırasına dörd “Qızıl Kəpənək Mükafatı” və iki “Kral Musiqi Mükafatı” daxildir.

Biletləri "iTicket.az" saytı və şəhərin kassalarından əldə etmək mümkündür.