logo

Azərbaycan Astanada keçirilən beynəlxalq hərbi-musiqi festivalında təmsil olunur

09:09 07-07-2023 | icon 4921
Azərbaycan Astanada keçirilən beynəlxalq hərbi-musiqi festivalında təmsil olunur

Qazaxıstanın Astana şəhərində “Astana - Mədəniyyət karvanı” adlı birinci beynəlxalq hərbi-musiqi festivalının təntənəli açılış mərasimi keçirilib.

Təntənəli açılış mərasimində iştirakçı ölkələrin solistlərinin təqdim etdiyi ifalar böyük maraqla qarşılanıb.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ölkəmizi təmsil etdiyi festivalda müxtəlif beynəlxalq, milli və xalq folklorunu özündə əks etdirən mahnılar, milli rəqslər və ifalar nümayiş etdiriləcək.

Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda Azərbaycan, Qazaxıstan, Çin, Hindistan, Özbəkistan, Rusiya, Türkiyə və Yaponiya silahlı qüvvələrinin yaradıcı heyəti iştirakçı qismində, Pakistan nümayəndə heyəti isə müşahidəçi qismində iştirak edir.