Koreya Azərbaycana tibbi avadanlıqlar ianə edib
Koreya hökuməti COVID-19 pandemiyasından sonrakı dövrdə həssas əhali qruplarından olan uşaqların sağlamlığının qorunması məqsədilə ölkəmizə tibbi avadanlıqlar ianə edib.
YeniAvropa xəbər verir ki, ianə edilmiş avadanlıqlar defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulmuşlarda tənəffüs çatışmazlığının profilaktikası məqsədilə qeyri-invaziv cihaz, yenidoğulanlar üçün küvəz və radiant qızdırıcı, fototerapiya cihazı və oksigen tənzimləyicidən ibarətdir. Avadanlıqların ümumi dəyəri 300 min ABŞ dolları (510 min manat) təşkil edir.
Defibrilyator həyatı təhlükəsi olan pasiyentlərdə ürək ritminin pozulması hallarında ürəyin fəaliyyətini bərpa etmək üçün nəzərdə tutulub. Defibrilyator vasitəsilə monitor rejimdə elektrokardioqrafiya (EKQ) müayinəsi, saturasiya, qan təzyiqi, bədən hərarətini və digər həyat üçün vacib hemodinamik göstəriciləri ölçmək mümkündür.
Böyüklər, uşaqlar və yenidoğulmuşlar üçün nəzərdə tutulan və çoxsaylı ventilyasiya rejimlərinə malik 2 ədəd anesteziya aparatı 38 santimetr ölçüdə rəngli monitorla təchiz edilib. 3 ədəd fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.
İanə edilmiş 5 ədəd küvəzdə havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvəzlər rentgen kasetlərlə təchiz edilib.
6 ədəd süni tənəffüs aparatı İntensiv terapiya şöbələrində pasiyentləri fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub. 33 santimetr ölçüdə toxunma ekranla təchiz edilən cihazda müxtəlif ventilyasiya rejimlərini seçmək mümkündür. Xəstəxanadaxili nəqliyyat rejimi pasiyenti fasiləsiz sürətdə ventilyasiya ilə təmin edərək tibb müəssisəsi daxilində süni tənəffüs aparatına qoşulu vəziyyətdə daşımağa imkan verir. Daxili enerji saxlayıcı elektrik enerjisi kəsildikdə, cihazın 150 dəqiqə fasiləsiz işini təmin edir.
Qeyd edək ki, tibbi avadanlıqlar Respublika Perinatal Mərkəzinə və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına verilib.
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb
DİM sentyabrın 8-dəki buraxılış imtahanların nəticələrini açıqlayıb
İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Bakı metrosu payız-qış mövsümünə keçir
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
"Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib
Sabah Bakıda 30° isti olacaq,bəzi bölgələrdə yağış və qar yağacaq
Azərbaycan Rusiyayanın əsas kənd təsərrüfatı məhsulları ixracatçısıdır
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək
Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır
Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar