logo

“Bakı Payızı” 35 ildən sonra yenidən istedadlar axtaracaq

14:54 03-07-2023 | icon 5264
“Bakı Payızı” 35 ildən sonra yenidən istedadlar axtaracaq

Azərbaycanda 35 il sonra yenidən “Bakı Payızı” istedadlar müsabiqəsi təşkil edilib.

YeniAvropa xəbər verir ki, 4 gün ərzində Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçirilən müsabiqədə 45 vokalçı öz istedadını nümayiş etdirmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında çıxış edib.

“Bakı Payızı” istedadlar müsabiqəsinin budəfəki münsiflər heyətində xalq artistləri Siyavuş Kərimi, Murad Dadaşov, əməkdar artistlər Emil Əfrasiyab, Rain Sultanov, əməkdar incəsənət xadimləri Ülviyyə Könül, Cahangir Səlimxanov, eləcə də bəstəkar İsa Məlikov təmsil olunublar.

Müsabiqənin ilk turunda Azərbaycan, ikinci turda isə xarici mahnılardan ibarət kompozisiyalar səsləndirilib. Sonra 1 və 2-ci turların qalibləri müəyyənləşib.

Qeyd edək ki, yay ayları ərzində ümumi qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı–2023 - 35 il sonra” adlı qala-konsertdə elan olunacaq.