“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Qızlara ağ yaraşır” layihəsinə start verir
“Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi genişmiqyaslı sosial layihənin növbəti mərhələsini elan edib.
Sosial kampaniya cəmiyyətimizdə, xüsusən də qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlib, həmçinin cəmiyyəti gənclərin bu istiqamətdə inkişafına dəstək verməyə çağırır.
Qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə, cüdo ilə məşğul olub beynəlxalq idman arenalarında ölkəmizi təmsil etməyə həvəsləndirmək məqsədi daşıyan “Qızlara ağ yaraşır” sosial layihəsi eyni zamanda həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur.
Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən və Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaş aralığında ilk 1000 qız tələbəyə cüdoqi hədiyyə olunacaq. Azərbaycan Cüdo Federasiyası əlavə imkanlar təqdim edib, bu istiqamətdə fərqli aksiyalar keçirəcək.