Gəncədə Müstəqil Dövlətlər Birliyi(MDB) iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Ekspertlərinin və Şuranın 76-cı iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Rusiya, Belarus, Tacikistan gömrük xidmətlərinin nümayəndələri iştirak edib.
İclas iştirakçıları dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları və gömrük nəzarəti zamanı gömrük orqanları və daşıyıcıların fəaliyyətinin təşkili, gömrük xidmətləri arasında ekspert və tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması, malların gömrük dəyəri, eyni zamanda, əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumat mübadiləsinin reallaşdırılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat və kommersiya sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının vurulması qaydası və kadr hazırlığı haqqında saziş layihələri ilə bağlı müzakirələr aparılıb.