Yaxın gələcəkdə Azərbaycan Avropanın enerji strukturunda daha əhəmiyyətli rol oynamağa başlayacaq. Azərbaycandan ixrac edilən təbii qaz bir sıra Avropa ölkəsinin tələbatını tamamilə ödəyir.
YeniAvropa xəbər verir ki, bu sözləri Çex Respublikasının enerji və sənaye naziri Jozef Sikela bu gün Bakııda keçirilən Enerji Forumunda çıxış edərkən deyib. O bildirib ki, Azərbaycan təbii qazla yanaşı, “yaşıl enerji” istehsalına da diqqət yetirir. Bu da onun enerji idxalını artırır. Azərbaycanın iqlim şəraiti günəş və küləkdən enerji almaq imkanı yaradır.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan artıq yeni texnologiyaları cəlb edərək alternativ enerji istehsalına başlayıb. Azərbaycanın neft və qaz istehsalı və ixracı ilə yanaşı, “yaşıl enerji” istehsalına və ixracına geniş yer verməsi, onun Avropanın enerji təhlükəsizliyinin təmin olmasında rolunu artıracaq.