Azərbaycanın yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949,1 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 9 milyard 923,4 milyon manat və ya 30 faiz çoxdur.
Maliyyə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, icmal büdcənin xərcləri 41 milyard 213,9 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 244,5 milyon manat və ya 8,5 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 6 milyard 140,3 milyon manat və ya 17,5 faiz çoxdur.
İcmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 678,9 milyon manat əlavə gəlirləri hesabına 1 milyard 735,3 milyon manat profisit yaranacaq.