Mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərində ("InterFood Azerbaijan") 31 ölkədən 479 şirkət iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu sözləri “Caspian Event Organisers" şirkətinin layihə rəhbəri Zarina Məmmədova “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ümumilikdə sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Fransa, İtaliya, Polşa, Slovakiya, Sloveniya, Belarus, Rusiya, İran, Türkiyə, Çin, Şri-Lanka, Tayland və ilk dəfə Tunisdən olan şirkətlər yer alacaq.
Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, quş və ət, süd məhsulları, soyutma sistemləri və digər məhsullar təqdim olunacaq.