Mayın son ongünlüyündə Buxarestdə Rumıniya Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən - AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, qurumun təşkilatçılığı ilə iclas çərçivəsində Rumıniya-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.
Azərbaycan sahibkarları Rumıniya-Azərbaycan biznes forumuna dəvət olunurlar. Tədbirdə iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.