İqtisadi Zonaların İnkişafı Agentliyi, Maşın və avadanlıq istehsalçıları Assosiasiyası və Özbəkistanın “UzAvtoSanoat” SC arasında Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək.