Azərbaycanla Türkiyə arasında Ticarət Sazişinə dəyişiklik haqqında Protokol imzalanıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Samsun şəhərində Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisadi potensialından səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradır. Nazir bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərimizin gerçəkləşməsinə növbəti töhfə olacaq.
Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
Görüşdə ticarət və investisiya qoyuluşu üzrə cari vəziyyət nəzərdən keçirilib, həmçinin reallaşdırıla biləcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol” imzalanıb. Sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və türkiyəli həmkarı Mehmet Muş imzalayıblar.
Qeyd edək ki, 2021-ci il martın 1-də qüvvəyə minmiş Preferensial Ticarət Sazişi bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - idxal rüsumu ödənilmədən ixracına imkan verir.
Samsun şəhərində Türkiyədən olan iş adamları ilə keçirilən görüşdə biznes dairələri arasında qarşılıqlı əlaqələrdən məmnunluq ifadə olunub, ölkəmizdə yaradılan biznes və investisiya imkanları müzakirə edilib. Sahibkarlarla ölkələrimiz arasında ticarət dövriyyəsinin, biznes strukturları arasında işgüzar tərəfdaşlığın daha da inkişaf etdirilməsi, investisiya qoyuluşlarının artırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar Samsun Bandırma Gəmi Muzeyini ziyarət edib, müasir Türkiyənin qurucusu Atatürkün 1919-cu il mayın 19-da Bandırma Vapuru ilə məhz burada sahilə çıxaraq başlatdığı milli mübarizə hərəkatının və bu il 100 yaşını qeyd etdiyimiz Türkiyə Respublikasının qurulmasının şanlı tarixini əks etdirən eksponatlarla, həmçinin Türkiyənin ilk yerli elektromobili "Togg" ilə tanış olublar.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq