logo

Azərbaycan indiyədək Türkiyəyə 98,2 milyard m3 qaz nəql edib

14:54 26-04-2023 | icon 1869
Azərbaycan indiyədək Türkiyəyə 98,2 milyard m3 qaz nəql edib

Bu günə qədər Azərbaycandan Türkiyəyə 98,2 milyard kubmetr təbii qaz tədarük edilib, həmçinin “SOCAR Türkiyə” şirkəti təxminən 9,3 milyard kubmetr qaz nəql edib.

YeniAvropa xəbər verir ki,  bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə’’nin baş direktoru Elçin İbadov bildirib.

Onun sözlərinə görə, “SOCAR Türkiyə” şirkəti Türkiyənin topdansatış bazarında ən böyük özəl sektor oyunçularından biridir: “2022-ci ildə təbii qaz və elektrik enerjisinin ümumi ticarət və satış həcmi 17 teravat/saata çatıb, dövriyyə isə 28 milyard türk lirəsi təşkil edib.

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Türkiyənin enerji dəhlizinə çevrilmə hədəflərinə ən çox töhfə verən layihələrdən biri olduğunu deyən E. İbadov gələcəkdə bu kəmərin genişləndirilməsi və Türkiyə üzərindən Avropaya daha çox təbii qazın nəqli ilə bağlı işlərin davam etdiyini bildirib. O, bu işlərin Türkiyənin təbii qaz qovşağına çevrilməsi üçün böyük imkanlar yaratdığını bildirərək, 2023-cü ilə qədər TANAP vasitəsilə Türkiyəyə nəql edilən təbii qazın həcminin təqribən 21 milyard kubmetrə, Türkiyə üzərindən Avropaya göndərilən qazın həcminin isə təxminən 22 milyard kubmetrə çatdığını bildirib.

E. İbadov Türkiyənin bölgənin enerji mərkəzi olmaq yolunda keçirdiyi Filyos Təbii Qaz Emalı Qurğusunu və Qara dəniz qazının istismara verilməsi mərasimini xatırladaraq