logo

Azərbaycandan Avropaya təbii qaz nəqli üçün yeni marşrut yaradılır-Nazir

18:16 25-04-2023 | icon 2044
Azərbaycandan Avropaya təbii qaz nəqli üçün yeni marşrut yaradılır-Nazir

Bu gün Azərbaycandan Avropaya təbii qazın nəqli üçün yeni marşrut yaradılır.

 YeniAvropa xəbər verir ki, bu fikri Sofiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş tədbirdə səsləndirib.

"Dövlət başçısının yürütdüyü dayanıqlı siyasət sayəsində bu gün biz Azərbaycandan Avropaya təbii qaz nəqli üçün yeni marşrutun yaradılmasına şahidlik edirik. Bu layihə sayəsində iştirakçı ölkələr qaz təchizatında mühüm həlqəyə çevrilə biləcək", - deyə nazir bildirib.

Qeyd edək ki, memorandum modernləşdirilmiş “Həmrəylik halqası” vasitəsilə Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin tədarükü üzrə əməkdaşlıq sahələrini müəyyən edir.

Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik halqası” təşəbbüsü Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır.