“Bakcell” “Formula 1 Azərbaycan Qran-Prisi”nin rəsmi dəstəkçisidir
“Bakcell” şirkəti Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Qeyd edilib ki, abunəçilərinə ultra-sürətli internet vasitəsilə ən innovativ xidmətlərdən yararlanmaq imkanı yaradan “Bakcell” bu dəfə yüksək sürətdən zövq alan "Formula 1" azarkeşlərini sevindirəcək.
“Azərbaycanın ən sürətli mobil şəbəkəsi “Bakcell” Formula 1 təqviminin ən sürətli şəhər treklərindən olan Bakı Şəhər Halqası ilə tərəfdaşlıqdan məmnundur. Əminəm ki, bu tərəfdaşlıq Formula 1, avtoidman və yüksək sürət həvəskarları üçün faydalı və əyləncəli olacaq”, - deyə "Bakcell"in baş icraçı direktoru Klaus Müller bildirib.
Tərəfdaşlıq çərçivəsində "Formula 1" yarışlarındakı “Azneft” tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət-əyləncə zonasında azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək.
Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz məhsul və xidmətlərini Azərbaycan Qran-Prisinin tamaşaçılarına nümayiş etdirəcək.
“Bakcell” şirkəti "Formula 1" yarışı zamanı abunəçiləri yüksəkkeyfiyyətli səs və internet xidməti ilə təmin etmək üçün Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə mobil şəbəkənin tutumunu yüksək dərəcədə optimallaşdırıb. Yarış zamanı mobil xidmətlərin istifadəsində yaranacaq irihəcmli trafik tələblərini qarşılamaq üçün Dənizkənarı Bulvar ərazisində əlavə müasir mobil baza stansiyaları quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin “Bakcell” Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Bakcell” 2019-cu ildə “Formula 1 Azərbaycan Qran- Prisi”nin ilk rəsmi dəstəkçisi olub.
“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” Azərbaycanda “VoLTE” və “eSIM” texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində “5G”nin sınaq tətbiqini elan edib. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq