logo

Sahibkarlığın ÜDM-dəki payı 81 faizə çatıb-Məmməd Musayev

13:53 25-04-2023 | icon 2100
Sahibkarlığın ÜDM-dəki payı 81 faizə çatıb-Məmməd Musayev

Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2022-ci ildə iqtisadi artım 4,6 faiz təşkil edib, xüsusilə qeyri-neft-qaz sektoru 9,1 faiz artıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

O bildirib ki, bu dövrdə qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcminin 14 faiz artması, əsas kapitala yönəldilmiş investisiyaların 70 faizinin bu sahəyə yönəldilməsi ölkədə sahibkarlığın inkişafının real göstəricisidir. Həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ümumi daxili məhsulda payı 81 faizə, məşğulluqda payı 77 faizə çatıb.