Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib.
İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov biznes forumun, həmçinin iş adamları arasında keçirilən müxtəlif görüş və tədbirlərin aktual məsələlərin müzakirə edilməsi, prioritet əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və işgüzar dairələr arasında yeni əlaqələrin qurulması baxımından önəmini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz arasında möhkəm ikitərəfli dostluq münasibətləri, yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın dinamik inkişafına əlverişli şərait yaradır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının inkişafı baxımından əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələr üzrə çoxsaylı İsrail şirkətləri fəaliyyət göstərir, bir sıra önəmli layihələr həyata keçirilir. İsraillə enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innovasiyalar, infrastruktur, əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb, israilli sahibkarların ölkəmizdə biznes təşəbbüslərinin yüksək qiymətləndirildiyi və dəstəkləndiyi bildirilib.
Birgə Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ölkələrimizin müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanda həyata keçirilən layihələr, ölkəmizin unikal coğrafi mövqeyi və iqtisadi sabitliyin İsrail şirkətləri üçün əhəmiyyətli əməkdaşlıq və investisiya mühiti yaratdığını vurğulayıb. Qeyd olunub ki, İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasına əlavə imkanlar yaradır.
Tədbirdə Azərbaycan və İsrailin investisiya layihələri barədə təqdimatlar nümayiş etdirilib, B2B və B2G formatda görüşlər keçirilib.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq