logo

Əhalinin banklardakı əmanətlərinin həcmi 12 milyard manata çatır

17:14 18-04-2023 | icon 2492
Əhalinin banklardakı əmanətlərinin həcmi 12 milyard manata çatır

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 18,6 faiz artaraq, martın 1-nə milli valyuta ekvivalentində 11901,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, əmanətlərin 61,3 faizi milli, 38,7 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 13,6 faiz artıb.

Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,81 (1,82) manata, 100 Türk lirəsinə 8,96 (9,01) manata, 100 rus rubluna 2,23 (2,33) manata bərabər olub.