Bakı Limanı Çinin Çindao Limanı ilə anlaşma memorandumu imzalayıb
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Çinin ən böyük limanlarından biri olan Çindao Limanı ilə anlaşma memorandumu imzalayıb.
QSC-dən YeniAvropa-ya bildirilib ki, memorandumun əsas məqsədi Azərbaycandan keçən “Orta Dəhliz” vasitəsilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir. Memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda, limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Anlaşma memorandumuna görə, həm də Çindao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin “Orta Dəhliz” vasitəsilə Azərbaycandan daşınması mümkün olacaq.
Qeyd edək ki, Şandonq Port Qrupun İdarə Heyətinin sədri və baş direktoru Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirlər. Səfərin məqsədi Şandonq Port Qrupu ilə Azərbaycanın bir sıra dövlət orqanları və qurumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud olan biznes və ticarət imkanlarının daha da genişləndirilməsi barədə müzakirələr aparmaqdır.
İmzalanma mərasimindən sonra tərəflər Ələtdə yerləşən Bakı Limanının Çinin Çindao Limanı ilə qardaşlaşmış limanlar memorandumunun imzalanması münasibətilə inşa edilən abidənin açılış mərasimində iştirak ediblər. Çindao Limanı tərəfindən hədiyyə olunan və Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox yaşı olan mayakdan ibarət abidənin Qədim İpək yolu üzərində yerləşən Bakı Limanında ucaldılması Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət və dostluq əlaqələrinin olmasını və müasir dövrdə də bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək.
Qeyd edək ki, Çindao limanının tərkibinə 5 liman ərazisi daxildir: “Çindao Daqanq Liman ərazisi” , “Huanqdao” neft ərazisi, “Qianvan” liman ərazisi, “Donqjiakou liman ərazisi” və “Veihai” liman əraziləridir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan limanlar qrupudur. Bakı Limanı ilə Çindao Limanı arasında imzalanan anlaşma memorandumu iki liman arasında əməkdaşlığı genişləndirməklə yanaşı, Azərbaycan və Çin arasında ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək mühüm mərhələdir.
Şandonq Port Qrupuna daxil Çindao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edibdir ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Yükaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsilə liman keçən il 26 milyon TEU konteyner aşırıb. Yükaşırmasına görə Çindao limanı Çinin 3-cü ən böyük limanıdır. Çindao limanının daxil olduğu Şandonq Port Qrupu Çin daxilində və ondan kənarda ən sürətlə inkişaf edən beynəlxalq şirkətdir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekord həcmdə illik 1,6 milyard tondan çox yük aşırıb və bu göstərici hər il daha da artır. Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşıraraq dünya üzrə ən çox konteyner aşıran 3-cü liman olub.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq