logo

Cari ildə Qarabağın bərpasına 3 milyard manat ayrılıb

19:20 17-04-2023 | icon 2478
Cari ildə Qarabağın bərpasına 3 milyard manat ayrılıb

Cari ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərdə abadlıq və bərpa işlərinin davam etdirilməsi üçün 3 milyard manat vəsait ayrılıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov məlumat verib. O bildirib ki, son 2 ildə Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. Bu vəsait hesabına Ağdam, Füzuli və Laçın rayonlarında yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilir. Tərtərçayın kanallarında təmizləmə işləri davam edir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün hazırlıq işləri görülür. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda geniş sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamaq planlaşdırılır.

Sahib Ələkbərov qeyd edib ki, Ağdam Sənaye Parkında və Araz Vadisi İqtisadi Zonasında işlər yüksək sürətlə davam etdirilir. Bu sənaye parklarında 1500-dən çox iş yerləri yaradılacaq.