logo

Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliyə dair protokol paraflanıb

16:56 14-04-2023 | icon 1995
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliyə dair protokol paraflanıb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə Dəyişiklik Haqqında Protokol paraflanıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, paraflanma Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüş çərçivəsində baş tutub.

"Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.