Rusiyanın “İrAero” aviaşirkəti mayın 30-dan etibarən Permdən Bakıya uçuşlara başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Perm vilayətinin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Uçuşlar 100 yerlik “Superjet” təyyarələrində həftədə bir dəfə - çərşənbə axşamları həyata keçiriləcək.
Biletlər aviaşirkətin rəsmi saytında satılır.