Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib
Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib.
Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının, İnvestisiya Nazirliyinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.
KOBİA-dan YeniAvropa-ya bildirilib bildirilib ki, Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Məhəmməd Əl Hassnah, Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədrləri - Əhməd Əli Əl Dakhil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov və İşgüzar Şuranın sədr müavini Turki Alhokair müvafiq olaraq ölkələrimizin işgüzar dairələri arasında ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları, şuranın yaradılması məqsədi, KOBİA və Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri barədə məlumat veriblər.
Tədbir çərçivəsində KOBİA və AZPROMO tərəfindən ölkəmizin biznes və investisiya imkanları, ixrac potensialı, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan iş adamları tərəfindən biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri barədə təqdimatlar keçirilib.
Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi və İxracın İnkişafı İdarəsi tərəfindən isə bu ölkənin investisiya potensialına, iş adamları üçün yaradılmış imkanlara və istehsal olunan məhsul və xidmətlərə dair təqdimatlar keçirilib.
Tədbirdən sonra təşkil olunmuş “B2B” görüşlərdə hər iki ölkənin KOB-ları arasında məlumat və təcrübə mübadiləsi, əməkdaşlıq imkanları, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcək.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq