Azərbaycan 3 ayda xaricə 6,5 milyard m3 qaz satıb
Yanvar-mart aylarında Azərbaycanda 12,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 6,7 milyard kubmetri “Şahdəniz”dən, 2,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 356 milyon kubmetr artımla qaz hasil edilib.
YeniAvropa xəbər verir ki, hesabat dövründə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur. Rüb ərzində Avropaya 2,9 milyard kubmetr, Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,4 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il aprelin 1-dək “Azəri-Çıraq-Günəşli”dən 207 milyard kubmetr, “Şahdəniz”dən isə 189 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 133 milyard kubmetrə yaxını ixraca göndərilib.
2023-cü ilin 1-ci rübü üzrə ölkədə 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.
Hesabat dövründə 6,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 5,8 milyon tonu konsorsiumun, 576 min tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il aprelin 1-dək 613 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 572 milyon ton neft, “Şahdəniz”dən isə 41 milyon ton kondensat çıxarılıb. Bunun 611 milyon tonu ixraca nəql edilib.
2023-cü ilin yanvar-mart ayları üzrə ölkədə neftin emalı 1,7 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 140 min ton çox olub.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq