Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasından 7 il ötür
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmasından 7 il ötür.
YeniAvropa xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyətə başladığı gündən indiyədək 8 layihə reallaşdırıb. Bu layihələrdən artıq 4-də tikinti işləri tam başa çatıb. Gəncə Yaşayış Kompleksində artıq 7731 mənzil artıq inşa edilib. Bununla yanaşı, 13 sosial obyekt istifadəyə verilib. Bunlardan 4 ümumtəhsil məktəbi, 7-si bağça, 1 tibb mərkəzi və bir də ticarət mərkəzidir. Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi və Sumqayıt şəhərində inşa olunan mənzillər güzəştli mənzillərdir.
Agentliyin növbəti layihəsi – Lənkəran Yaşayış Kompleksi Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 1,5 hektar təşkil edir. Yaşayış Kompleksi doqquzmərtəbəli olmaqla 5 binadan ibarətdir. Bu binalarda ümumilikdə 240 mənzil olacaq.
İşğaldan azad olunmuş Füzuli şəhərində də yeni yaşayış məhəlləsinin salınması istiqamətində Agentlik tərəfindən tikinti işləri həyata keçirilir. Füzuli Yaşayış Kompleksinin ümumi sahəsi 8,9 hektar təşkil edir. Yaşayış kompleksi 2 dörd-beşmərtəbəli, 4 beşmərtəbəli, 4 altımərtəbəli, 8 dörd-beşmərtəbəli, 2 dördmərtəbəli, 12 beşmərtəbəli, 2 beş-altımərtəbəli, 4 altı-yeddimərtəbəli olmaqla 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil olacaq. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Digər yaşayış kompleksi Cəbrayıl şəhərində tikiləcək Cəbrayıl Yaşayış Kompleksidir, ümumi sahəsi 7,87 hektar təşkil edəcək. Kompleks 7 beşmərtəbəli və 26 dördmərtəbəli olmaqla, 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Kompleks 6 kvartaldan ibarət olacaq.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq