logo

SOCAR Ukraynada kimsəsiz uşaqların mənzillərlə təmin edəcək

15:55 10-04-2023 | icon 1603
SOCAR Ukraynada kimsəsiz uşaqların mənzillərlə təmin edəcək

“SOCAR Energy Ukraine” “Sizə Dəstək” Xeyriyyə Fondu, Ukrayna Prezidentinin uşaq hüquqları və uşaqların reabilitasiyası üzrə müşaviri-müvəkkili Daria Gerasimçuk ilə birgə kimsəsiz uşaqları böyüdən ailələrin evlə təmin olunması üçün ianə aksiyası elan edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, “Uşaq evi” layihəsi çərçivəsində SOCAR xüsusi fincanlarda içkilərin və brend malların satışı üçün vəsait toplayacaq.

“Ailə tipli uşaq evinin 300-ə yaxın sakini doğma evlərini itirib. Biz kənarda qala bilmərik, çünki ehtiyacı olanlara kömək etmək şirkətimizin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Biz tərəfdaşlarımıza əməkdaşlığa görə minnətdarıq, bunun nəticəsində yetim uşaqları böyüdən ailəyə kömək ediləcək”, - deyə şirkətin PR direktoru Yelena Osipçuk bildirib.