“Azəri-Mərkəzi-Şərqi” layihəsinin tikinti işlərinin 99 faizi tamamlanıb
“Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinin tikinti-quraşdırma işləri 99 faiz tamamlanıb. Layihələndirilmiş çəkisi 19 min 600 ton qiymətləndirilən üst modulların qaldırılması, yüklənməsi, sürüşdürülməsi və dənizə yola salınması əməliyyatlarına hazırlıq işləri davam etdirilir. Üst qurğularının dənizə göndərilməsi cari ilin ikinci rübündə nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında layihənin üst qurğularında tikinti rəisi Vaqif Xəlilov bildirib.
“Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə BP layihələri arasında ilk dəfə olaraq icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı idi ki, bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə ACE üst tikililər blokunun üzərinə yerləşdirilib, - deyən V.Xəlilov qeyd edib ki, bu əməliyyat ACE layihəsində ən unikal və uğurlu əməliyyatlardan biri hesab olunur. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb. ACE layihəsinin tikinti-quraşdırma işləri zamanı təxminən 5000 nəfər işçi işə cəlb olunub və onlardan 1500 nəfəri öz fəaliyyətini davam etdirməkdədir.
Onun sözlərinə görə, əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir. Üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı yerinə yetirilməsini qeyd edib. Tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq.
Layihənin baş mexaniki Şükür Sadıxov isə bildirib ki, bu günədək AÇG blokunda ACE platformasının layihəsinin icrasına 2,9 milyard dollar investisiya qoyulub: “Layihənin ümumi dəyəri 6 milyard dollar təşkil edir. Platformadan əlavə olaraq gündəlik 100 min barel neft hasil etmək olacaq. Layihənin istismar müddəti ərzində isə ümumilikdə 300 milyon barelǝdək neft hasil olunacağı proqnozlaşdırılır”.
Qeyd edək ki, ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.
ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq - ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil olunub və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. Terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparıla bilsin. Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib. Heç bir xəsarətə yol vermədən 25 milyon saat iş yerinə yetirilməklə layihənin iş həcminin 85 faizi artıq tamamlanıb.
ACE dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz şəkildə (heç bir hadisəyə yol vermədən 3 milyon iş saatı təhlükəsiz yerinə yetirilərək) tamamlanıb. 2022-ci il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start verib.
Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku cari il martın 16-da dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılaraq üst modulları qəbul etməyə artıq hazırdır.
Dayaq blokunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılma işləri hazırda 94 faiz tamamlanıb. “BOS Shelf” tərəfindən inşa edilmiş dayaq bloku yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə tam şəkildə ölkə daxilində BDÖZ-də tikilib. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə 2000 nəfərdən çox insan cəlb edilib və işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq