Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Qeyd edilib ki, Memorandumun məqsədi bank sektoru sahəsində əməkdaşlıq edilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, aktual məsələlərin müzakirəsi, təlim, internatura proqramları və seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkilindən ibarətdir. Memorandum iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək.