Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qazaxıstanın QazTrade dövlət şirkətinin təşkilati dəstəyi ilə Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilib.
ASK-dan YeniAvropa-ya bildirilib ki, hər iki ölkənin rəsmi nümayəndələrinin iştirakı ilə keçən forumda Azərbaycan və Qazaxıstan şirkətləri arasında 30 milyon ABŞ dollarından yuxarı məbləğdə müqavilələr imzalanıb.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrlə daha da möhkəmləndiyini vurğulayıb.
Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 262 milyon ABŞ dolları olub. O, həmçinin Qazaxıstanda Azərbaycan kapitallı 1 170 şirkətin fəaliyyət göstərdiyini qeyd edib.
Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Qazaxıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün Agentliyin gördüyü tədbirlər haqqında məlumat verib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirov hazırda Azərbaycanda Qazaxıstan kapitallı 150 şirkətin fəaliyyət göstərdiyini, ölkəmizdə xarici investisiya qoyuluşu üçün münbit şəraitin olduğunu söyləyib.
Forum çərçivəsində həmçinin Qazaxıstan Respublikasının 20-dən çox şirkəti ticarət-iqtisadi biznes missiya çərçivəsində B2B görüşlərdə iştirak ediblər.
Qazaxıstan şirkətləri arasında 10-a yaxın şirkət qida və aqrar məhsullar istehsalçısı, 10-dan çox şirkət isə neft avadanlığı, elektrotexnika məhsulları, mebel, xüsusi iş geyimi, gübrə, tikinti və metal materialları, hərbi və xüsusi texnika istehsalçılarıdır.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq