İrandan idxal edilən 446 tondan kivi zay çıxıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, bu xüsusda, son dövrlər İran İslam Respublikasından idxal edilən bitkiçilik məhsulu partiyalarında bir-birinin ardınca aşkarlanmış uyğunsuzluqlarla əlaqədar fitosanitar nəzarət tədbirləri gücləndirilib, ölkənin bitki sağlamlığına təhlükənin qarşısının alınması istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlər davam etdirilir.
Həyata keçirilən yoxlama-nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən kivi məhsulu partiyalarına fitosanitar baxış zamanı məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Sınaq protokolları nəticəsində, ümumilikdə İran İslam Respublikasından idxal olunmuş kivi məhsullarının 26 partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib. Həmin partiyalardan 25-də tut qalxanlı yastıcası, 1-də isə Yaponiya yalançı çanaqlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanan məhsulların ümumi miqdarı 446.4 ton olub ki, bu da 2023-cü ildə ölkəyə idxal edilən 2309 ton kivi məhsulunun 19 faizini təşkil edir.
Həmin sitrus meyvələrində aşkarlanmış uyğunsuzluqlar barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına agentlik tərəfindən 26 bildiriş göndərilib. Təəssüf ki, bir sıra sitrus meyvələrində (o cümlədən portağal), həmçinin digər bitkiçilik məhsullarında (kartof) olduğu kimi kivi məhsullarının İrandan idxalında da aşkarlanmış uyğunsuzluqlar daha da intensivləşib.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq