Yaz-yay mövsümünə qədər Qazaxıstan Bakıya yeni aviareyslər açacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Kazinform” Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyi yanında Turizm Sənayesi Komitəsinə istinadla məlumat yayıb.
Bundan əlavə, Doha, Ankara, Mədinə və Düşənbəyə yeni reyslər açılacaq. Eyni zamanda, İstanbul, Tbilisi, Phuket, Male, Deli, Çendu, London, İraklion və Podqoritsaya uçuşlar daha tez olacaq.
Üstəlik, Almatı və Astana ilə yanaşı, Çimkent, Aktau və Türküstan hava limanları da cəlb olunacaq.
Bundan başqa, “Air Astana” milli aviadaşıyıcısı Almatı və Təl-Əviv arasında həftədə iki müntəzəm reysin yerinə yetirilməsi ilə bağlı məsələ üzərində işləyir.