“Nokia” Azərbaycanda laboratoriya açacaq
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti və "Nokia" şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Texniki Universitetinin radiotexnika və telekommunikasiya fakültəsində "Nokia"nın tam təchiz etdiyi yeni laboratoriya açılacaq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən YeniAvropa-ya bildirilib ki, aprelin 4-də tərəflər arasında baş tutan görüşdə qurumun sədr əvəzi İnarə Vəliyeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, "Nokia" şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe, digər rəsmilər və qurum nümayəndələri iştirak edib. Görüşdə yeni laboratoriyanın ölkənin texnoloji inkişafında əhəmiyyətindən söz açılıb, burada yaradılacaq şərait, görüləcək işlərlə bağlı məlumat verilib.
İRİA-nın sədr əvəzi İnarə Vəliyeva laboratoriyanın yaradılmasını irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirib: "Məqsədimiz ilk olaraq universitet daxili tədqiqat və inkişaf mərkəzlərin formalaşdırılması, eləcə də yeni növ tələblərə cavab verən texniki avadanlıqların iş prinsipi ilə tanışlıq və tətbiq imkanlarının artırılmasını təmin etməkdir. Ümid edirik ki, bu əməkdaşlığın nəticələri bütövlükdə cəmiyyətə fayda verə biləcək yeni həllərin və texnologiyaların inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaq".
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev AzTU-nun ölkənin qabaqcıl texnologiya universitetinə çevrilməsi üzrə görülən işlərdən danışaraq, açılacaq laboratoriyanın bu istiqamətdə yaradacağı fürsətlərə diqqət çəkib.
“Nokia” şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe şirkətin ölkəmizdə gördüyü işlərdən danışıb, laboratoriyada istifadəyə veriləcək avadanlıqlar, tətbiq olunan texnologiyalar barədə məlumat verib.
Qeyd edək ki, ilkin mərhələdə universitetin radiotexnika və telekommunikasiya fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək. “Nokia” şirkətinin ekspertlərinin iştirakı ilə mütəmadi olaraq təlimlər baş tutacaq. Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq