logo

Enerji sahəsində Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olunub

12:53 04-04-2023 | icon 2324
Enerji sahəsində Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olunub

Energetika Nazirliyində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, italiyalı nazir müavinini Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilməsi münasibətilə təbrik edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Neft və təbii qaz sahəsində mövcud əməkdaşlıq əlaqələrindən danışılıb, Azərbaycanın bərpaolunan enerji potensialı, strateji hədəfləri, reallaşdırılan layihələr və gələcək planlar haqqında məlumat verilib, “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin olduğu qeyd edilib.

Qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin müzakirə edildiyi görüşdə, həmçinin Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.