logo

İlk iki ayda Azərbaycanda 8 milyard m3 qaz hasil edilib

14:14 16-03-2023 | icon 2373
İlk iki ayda Azərbaycanda 8 milyard m3 qaz hasil edilib

2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 4,4 milyard kubmetri “Şahdəniz”dən, 1,4 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 319 milyon kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Cari ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,9 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 206 milyard kubmetr, “Şahdəniz”dən isə 187 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 131 milyard kubmetrdən çoxu ixrac olunub.