Bu ilin yanvar-fevral aylarında operativ göstəricilərə görə, hasil olunmuş 5,1 milyon ton neftin 4,1 milyon tonu ixrac edilib.
YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında məlumat paylaşıb.
Nazir həmçinin qeyd edib ki, bu dövrdə 4 faiz artımla hasil edilmiş 8 milyard kubmetr qazın 4,3 milyard kubmetri ixrac olunub.