Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA0 nəzarət tədbirləri çərçivəsində Lənkəran şəhəri, H.Abdullayev, 27 ünvanında fiziki şəxs Rəcəbov Qurban Malik oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının emalı sahəsində səthlərin, xüsusilə də qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən qaydada təchiz edilmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün xüsusi yerlərin ayrılmadığı, xammalların və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə əməl olunmadığı, məhsulların etiket məlumatlarının oxunaqlı olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.