Bakının bəzi yerlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.Qeyd edilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 2023-cü il fevralın 28-də gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A.Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.