İslam Bankı indiyədək Azərbaycana 1 milyard dollar investisiya yatırıb
Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
İqtisadiyyat Nazirliyindənn YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl Casiri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. İqtisadiyyat naziri Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin İİB qrupuna daxil olan institutlarla əlaqələrə önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Nazir Azərbaycanın İİB ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmini bildirib.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə tərəfdaşlıq, KOB İnvestisiya Fonduna Bankın vəsaitlərinin cəlb edilməsi, rəqəmsal iqtisadiyyatın və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə Azərbaycanın və regionun inkişafına yönəlmiş layihələrdə İİB ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, təkliflər səsləndirilib.
İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl Casiri ölkəmizdə aparılan iqtisadi islahatların İİB tərəfindən dəstəkləndiyini vurğulayıb, əlaqələrin inkişafı istiqamətlərinə dair fikirlərini bölüşüb. Məhəmməd Süleyman Əl Casiri İİB-in bundan sonra da Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Tərəflər iqtisadiyyat və maliyyə sahələrində tərəfdaşlığın möhkəmləndirilməsi, prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq