Azərbaycan Mərkəzi Bankında ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə görüş keçirilib.
Mərkəzi Bankdan YeniAvropa-ya bildirilib ki, görüşdə son makroiqtisadi meyillər və proqnozlar müzakirə edilib.
Həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirilib. Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda, bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə olunub.