Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin xarici ticarət naziri Sərdar Ayaz Sadiq ilə görüşüb.
Səfirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin perspektivləri müzakirə olunub.
Qeyd olunub ki, Pakistan ilə Azərbaycan dost və qardaş dövlətlərdir. Qarşılıqlı əlaqələrin genişləndirilməsi hər iki xalqın maraqlarına xidmət edir.