Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 255,1 min ton neft nəql olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, nəqletmənin 77,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmərlə 2 milyon 533,5 min ton neft nəql edilib.
Dövr ərzində BTC ilə 370,6 min ton tranzit nefti də ötürülüb.