Azərbaycan-Tatarıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyada səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub. Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar, kiçik və orta biznesin dəstəklənməsi və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə olunub.
Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.
Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası 2012-ci ildə qoyulan və xüsusi olaraq IT mütəxəssisləri üçün Rusiyada yaradılan ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, “Ağıllı şəhər” konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də “Alabuqa” sənaye parkında istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə tanış olub.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq