İqtisadiyyat naziri Mikayıl Cabbarov Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyətinə dair fikir mübadiləsi apardıq, həmçinin əməkdaşlığımızın inkişaf perspektivlərini nəzərdən keçirdik”, - deyə nazir Mikayıl Cabbarov qeyd edib.