"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 9-dan Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Qeyd edilib ki, aviareyslər həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür.