logo

Ölkәdə quraşdırılmış bankomatların sayı 3 mini ötüb

11:33 16-02-2023 | icon 1645
Ölkәdə quraşdırılmış bankomatların sayı 3 mini ötüb

Yanvarın 1-nə ölkә üzrә quraşdırılmış bankomatların sayı 3068, POS-terminalların sayı 79 min 820, ödәniş terminalların sayı isә 2029 әdәd olub.

YeniAvropa Mərkəzi Banka istinadla xəbər verir ki, 2022-ci il әrzindә ölkә üzrә bankomatların sayında 3,3 faiz, regionlarda yerlәşәn bankomatların sayında isә 6,6 faiz artım müşahidә edilib. Hesabat dövrünə ölkәdә dövriyyәdә olan POS-terminalların sayı keçәn illә müqayisәdә 30,5 faiz artaraq 79 min 820-yә bәrabәr olub. Tәmassız ödәnişlәri qәbul edәn POS-terminalların sayı isә müvafiq dövr әrzindә 58,5 faiz artaraq 69 min 599 әdәd tәşkil edib. Quraşdırılmış POS-terminalların 87,2 faizi tәmassız ödәnişlәri dәstәklәmәkdәdir.

Regionlarda pәrakәndә ticarәt, ictimai iaşә vә xidmәt müәssisәlәrindә quraşdırılmış POS-terminalların sayı 5029 vә ya 25,2 faiz, o cümlәdәn tәmassız ödәnişlәri dәstәklәyәn POS-terminalların sayı isә 9318 vә ya 88,6 faiz artıb. 2022-ci ilin sonuna banklar tәrәfindәn quraşdırılmış ödәniş terminallarının sayı 2021-ci ilin sonu ilә müqayisәdә 10 faiz artaraq 2029 әdәd tәşkil edib. Bakı şәhәrindә yerlәşәn ödәniş terminallarının sayında 15,2 faiz, regionlarda yerlәşәn ödәniş terminallarının sayında isә 4,3 faiz artım müşahidә olunub.