Baş nazir Əli Əsədov Dünya Hökumət Sammitində çıxış edib
Azərbaycanın baş naziri Əli Əsədov fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iclasda çıxış edən baş nazir Azərbaycan Respublikasının bu gün müstəqil və fəal xarici siyasət yürütdüyünü, dünya miqyasında etibarlı tərəfdaş kimi tanındığını bildirib.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 il işğal altında qalan öz əzəli torpaqlarını azad etdi. Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmətlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu gün regionda sülhün, sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində səylə çalışır.
Azərbaycanın hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olduğu, onlara yardım göstərdiyi xüsusi vurğulanıb. “Xüsusilə ötən dövr ərzində COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizdir”, - deyə baş nazir bildirib.
Ə.Əsədov Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı bir daha Azərbaycanın həmrəyliyini ifadə edib.
Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi barədə məlumat verən Ə.Əsədov üzv dövlətlərin yekdil razılığı ilə bu sədrliyin bir il uzadılmasının ölkənin beynəlxalq arenada oynadığı rola verilən qiymət kimi dəyərləndirib.
İclas iştirakçılarına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Azərbaycanın kosmik sənaye və müasir texnologiyalar sahələrində əldə etdiyi uğurlardan bəhs edən baş nazir 2023-cü ilin oktyabr ayında Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini bildirib, bu sahədə fəaliyyət göstərən bütün təşkilat və qurumları tədbirə dəvət edib.
Azərbaycanın, eyni zamanda, bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və iştirakçısı qismində çıxış etdiyi bildirilib, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Baş nazir vurğulayıb ki, bununla bərabər, Azərbaycan elektrik enerjisi ixracatçısı kimi də öz mövqeyini möhkəmləndirməkdədir və ölkə çox böyük yaşıl enerji potensialına malikdir.
“Bu gün biz xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrə başlamışıq. Bunlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. “Masdar” şirkəti bu sahədə bizim üçün əsas və güvənilən tərəfdaşlardan biridir”, - deyə baş nazir bildirib.
Ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti vurğulanıb.
Postpandemiya, postmünaqişə və polikrizis dövrünün çağırışlarına toxunan Ə.Əsədov növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 30 il ərzində işğal altında qalan Azərbaycan ərazilərinin azad edilməsi, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə də region üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq