Cari ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barel olub.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, bunun 533 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.